"ABAD"çı: Kənan Nəsibli | Kod: 106 | Region: Bakı

“ABAD” tərəfindən dəstəklənən sənətkarlarımızdan biri də Bakı şəhər sakini Kənan Nəsiblidir. Uşaq yaşlarından rəssamlıq sənətinə həvəs göstərən Kənan bəy valideynlərinin dəstəyi ilə bu sahə üzrə təhsil alıb.

Ali təhsilini bitirdikdən sonra taxta oymaçılıq sahəsi üzrə fəaliyyət göstərməyə başlayan Kənan bəy müxtəlif milli musiqi alətləri hazırlayır.

O, 7 ildən çoxdur ki, öz əl işlərini sifariş əsasında satır və satış bazarını genişləndirmək məqsədi ilə “ABAD” publik hüquqi şəxsə müraciət edib.

Kənan Nəsibli artıq öz məhsullarını İçərişəhərdə yerləşən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarıb.

 


© 2017 “ABAD” publik hüquqi şəxs