"ABAD"çı: Aytən Dadaşova | Kod: 110 | Region: Bakı

Bakı şəhəri sakini Aytən Dadaşova “ABAD”ın dəstək göstərdiyi sənətkarlardan biridir. Uşaq yaşlarından yaradıcılığa meyl edən Aytən xanım ali təhsili də rəssamlıq üzrə alıb.

O, 5 ildən artıqdır ki, ixtisası üzrə çalışır. Sənətkar kətan üzərində yağlı boyalarla müxtəlif rəsmlər çəkir, şüşə üzərində rəngkarlıq məhsulları hazırlayır.

Onun əl işlərində diqqəti çəkən əsas məqamlardan biri milli xalça naxışlarından istifadəyə böyük üstünlük verilməsidir.

Aytən xanım hazırladığı milli suvenirlərin üzərində Şirvan, Qarabağ, Quba, Gəncə-Qazax xalçaçılıq məktəblərinə xas elementlərdən istifadə edir.

Sənətkar deyir ki, əvvəllər məhsullarını yalnız sifariş əsasında hazırlayıb, lakin bu gün onun əsas istəyi öz ailə brendini yaratmaqdır.

“ABAD”a qoşulan Aytən xanımın sözlərinə görə, indi o, fəaliyyət göstərdiyi sahəyə yeni şəxsləri cəlb etmək, onları öyrətmək, bu sənətin əsasında öz ailə biznesini quraraq inkişaf etdirməyi qarşısına məqsəd qoyub.


Məhsullar
© 2017 “ABAD” publik hüquqi şəxs