"ABAD"çı: Şəhla Əskərova | Kod: 121 | Region: Bakı

“ABAD” sosial layihəsinin üzvü Şəhla Əskərova uzun müddətdir ki, bədii tikmə sənəti ilə məşğuldur. 2000-ci ildən peşəkar fəaliyyətə başlayan Şəhla xanım bu sənətin ona xalçaçılıqla məşğul olan Nənəsindən irsi gəldiyini qeyd edir.

O, xalça ipləri ilə müxtəlif tərtibatlarda qobelen və gözoxşayan araxçınlar hazırlayır.

Xalça iplərindən istifadə edərək bədii tikmə sənətinə yenilik gətirən Şəhla xanım hazırladığı məhsullar üzərində daha çox müxtəlif regionalara məxsus xalça naxışlarını əks etdirməyə üstünlük verir.

Müxtəlif sərgilərin iştirakçısı olan Şəhla Əskərova hazırladığı əl işlərinin böyük maraqla qarşılandığını bildirir.

Qeyd edək ki, onun nəfis əl işləri hazırda bir çox muzeylərdə saxlanılır.

Əsas məqsədi Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq və bu sənəti gələcək nəsillərə ötürmək olan sənətkarımız "ABAD" publik hüquqi şəxsə müraciət edib.

“ABAD” tərəfindən sənətkar ailələrə göstərilən dəstəkdən yararlanan Şəhla xanım artıq öz məhsullarını “İçərişəhər”də fəaliyyət göstərən sənətkarlıq mərkəzimizdə satışa çıxarıb.


© 2017 “ABAD” publik hüquqi şəxs