ABADÇILAR / Günel Hüseynova

ABADçı:
Günel Hüseynova
Kodu:
124
Region:
Sumqayıt

Azərbaycanın qədim sənətkarlıq sahəsi olan keçə sənəti bugün də bir çox sənətkarlarımız tərəfindən inkişaf etdirilməkdədir. Bu sahə üzrə peşəkarlaşan ABADçımız Günel Hüseynova keçə sənətinə dair müxtəlif əl işləri hazırlayır.

O, həmçinin toxuma və kiçik uşaq oyuncaqları kimi əl işləri hazırlayır və hazırladığı məhsullar üzərində milli naxşlarımızı əks etdirməyə üstünlük verir.

Ali təhsilini rəssamlıq sahəsi üzrə alan Günel xanım qeyd edir:

“Bugün bir sənətkar kimi peşəkarlaşmağımın əsas səbəbi valideynlərimin dəstəyidir. Xüsusilə atam daim mənim təhsilimlə maraqlanıb və 5 yaşımdan etibarən sənətkarlığın bütün sahələri üzrə müxtəlif dərnəklərdə iştirakımı təmin edib”.

Qeyd edək ki, Günel Hüseynova bir çox beynəlxalq sərgilərin iştirakçısı olub və onun əl işləri böyük maraqla qarşılanıb.

Artıq 5 ildir ki, peşəkar fəaliyyətə başlayan Günel xanım öz məhsullarını yalnız iştirak etdiyi sərgilərdə və sifariş əsasında satıb.

Hazırda satış bazarını genişləndirmək məqsədi ilə “ABAD” publik hüquqi şəxsə müraciət edən sənətkarımız öz məhsullarını sənətkarlıq mərkəzlərimizdə satışa çıxarıb.