ABADÇILAR / Nigar İsmayılova

ABADçı:
Nigar İsmayılova
Kodu:
126
Region:
Bakı

“ABAD” layihəsi çərçivəsində dekorativ tətbiqi xalq sənətkarlıq sahəsinə aid olan xalçaçılıq, qobelen, toxuma, bədii tikmə və digər istiqamətlərdə fəaliyyət göstərən sənətkarlara dəstək göstərilir. Belə bir sənətkarlarımızdan biri də Bakı şəhər sakini İsmayılova Nigardır.

O, artıq 10 ildir ki, xalça, qurama və milli gəlinciklər kimi əl işləri hazırlayır.

Hazırda dərzi kimi fəaliyyət göstərən Nigar xanım qeyd edir:

“Mən daim öz sahəm üzrə peşəkarlaşmağa çalışmış və hazırladığım hər bir məhsulun üzərində milli naxışlarımızı dəqiqliklə əks olunmağına diqqət etmişəm. Milli gəlinciklərin üzərindəki geyimləri daha çox Qarabağ və Bakı üslublarında hazırlamağa üstünlük verirəm".

Qeyd edək ki, Nigar xanım bir çox sərgi və yarmarkalarda iştirak etmiş və onun sözlərinə görə məhsulları turistlər tərəfindən böyük maraqla qarşılanıb.

“ABAD” sosial layihəsinə qoşularaq öz məhsullarını satışa çıxaran Nigar xanım əl işlərini daha geniş kütləyə tanıtmaq istəyir.

Hazırda onun məhsullar “ABAD” sənətkarlıq mərkəzlərində satışdadır.