"ABAD"çı: Elmira Hacıyeva | Kod: 128 | Region: Bakı

Bakı sakini Elmira Hacıyeva “ABAD”ın dəstəklədiyi sənətkar-rəssamlardan biridir. O, uzun illərdir ki, əşyaların üzərində xüsusi boyalarla naxışlar çəkir və onlara yeni görkəm verir.

Sənətkar ailəsində böyüyən Elmira xanım qeyd edir:

“Bizim ailədə hər kəs dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif sahələri ilə məşğul olub. Belə bir ailədə böyüməyim məni sənətkar ruhlu bir şəxsə çevirdi.

Bu gün peşəkar fəaliyyətdə olmağımın əsas səbəbkarları isə qardaşlarımdır. Onların dəstəyi və təcrübəsi ilə daim inkişaf etmiş və təkmilləşmişəm”.

Qeyd edək ki, Elmira xanım rəngkarlıq sənəti ilə yanaşı müxtəlif gəlinciklər də hazırlayır.

Milli üslubda zərif naxışlarla bəzədilmiş bu gəlinciklərin hər biri müxtəlif regionlara xas geyimlər daşıyır. Əvvəllər əl işlərini yalnız sifariş əsasında satışa çıxaran Elmira xanım bu sahədə dəstək üçün “ABAD”a müraciət edib.

Bu gün Elmira Hacıyevanın təqdim olunan nəfis əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışdadır.

 


© 2017 “ABAD” publik hüquqi şəxs