ABADÇILAR / Dilbər Zakirli

ABADçı:
Dilbər Zakirli
Kodu:
135
Region:
Bakı

“ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində dəstəklədiyi sənətkar Dilbər Zakirli Bakı şəhər sakinidir. O, müxtəlif tərtibatlı gəlinciklər hazırlayır.

Dekorativ-tətbiqi xalq sənətkarlığına daim maraq göstərən Dilbər xanım qeyd edir:

“Valideynlərimin dəstəyi ilə mən uşaq yaşlarımdan sənətkarlıq sahəsi üzrə çalışmışam. Ali təhsilimi də dekorativ-tətbiqi xalq sənətkarlığı istiqamətində almışam. Təhsilimlə paralel olaraq, mən müxtəlif gəlinciklər və dekorativ əl işləri hazırlayırdım. Bu işlər böyük maraqla qarşılanırdı. Məhsullarıma olan tələbatı gördüm və qərara gəldim ki, öz kiçik biznesimi qurum”.

Qeyd edək ki, “ABAD”çımız 1 ildir ki, peşəkar fəaliyyətə başlayıb və biznesini genişləndirmək, satış bazarını artırmaq məqsədi ilə “ABAD”a müraciət edib.

Əl işlərini bacısı ilə birlikdə hazırlayan Dilbər xanım bu işdə müxtəlif üslublardan istifadə edir. Sənətkar əvvəlcə gəlinciklərin dizaynını tərtib edir, daha sonra onları kətan parçadan hazırlayırlar.

Özünəməxsus dizaynı ilə seçilən bu məhsullar “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.