"ABAD"çı: Zara Əliyeva | Kod: 14 | Region: Bakı

Bakı şəhər sakini Zara Əliyeva xalçaçılıqla məşğuldur. Xalçaçı-texnoloq ixtisası üzrə təhsil alan Zara xanım deyir ki, bu sənətin dərinliklərini öyrənmək onun əsas məqsədlərindən olub.

Sənətkar həmçinin Azərbaycanda unudulmuş xalça növlərinin, məsələn, çiy xalça növünün yenidən işlənilərək tanıdılması istiqamətində çalışır.

“Məsələn, əvvəllər Sumax xalçaları toxunurdu, lakin zili növü diqqətdən kənarda qalırdı. İndi isə mən həmin qədim xalça növlərinin ənənəvi üsulla yenidən hazırlanmasına səy göstərirəm”.

Zara xanım həmçinin biliklərinin gələcək nəsillərə ötürülməsinə də xüsusi önəm verir.

“ABAD” ilə əməkdaşlığa başlayan sənətkar bildirir ki, bu, milli xalça növlərinin dünyada tanıdılması, yeni-yeni insanların bu sahəyə cəlb olunması işinə böyük töhfə vermiş olacaq.

Bu gün Zara Əliyevanın Azərbaycanın qədim xalçaçılıq məktəbinin ənənlərini yaşadan əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.


© 2017 “ABAD” publik hüquqi şəxs