"ABAD"çı: Leyla Qasımova | Kod: 141 | Region: Bakı

“ABAD”ın dəstək göstərdiyi Bakı şəhər sakini Leyla Qasımova rəngkarlıq sənəti ilə məşğuldur. Leyla xanım gənc yaşlarından dekorativ-tətbiqi sənətkarlığın bədii tikmə sahəsi ilə məşğul olub.

Bu sahədə bacarıqlarını daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyan sənətkar daha sonra şüşə üzərində rəngkarlıq sənətinin sirlərini öyrənməyə başlayıb.

O, artıq 3 ildir ki, şüşə məhsulları, keramika üzərində rəngkarlıq sənəti ilə məşğuldur.

Məhsullarının üzərində milli və sintez olunmuş naxışları əks etdirən Leyla xanım, bu günədək əl işlərinin satışını sosial şəbəkələr üzərindən həyata keçirib.

Əl işləri ilə bir çox sərgilərdə iştirak etmiş sənətkar ailə biznesini və satış bazarını genişləndirmək üçün “ABAD”a müraciət edib.

Bu gün Leyla Qasımovanın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışdadır.


© 2017 “ABAD” publik hüquqi şəxs