"ABAD"çı: Zəka Muradov | Kod: 153 | Region: Bakı

“ABAD”ın dəstək göstərdiyi Bakı şəhər sakini Zəka Muradov çay daşlarından müxtəlif suvenirlər hazırlayır.

Sənətkar ailəsində dünyaya göz açan Zəka Muradovun sözlərinə görə, o, dekorativ-tətbiqi sənətin bu istiqaməti ilə təsadüfən maraqlanmağa başlayıb:

“Yay aylarında adətən İsmayıllı rayonunda çay kənarında istirahət edirdim. Belə gəzintilərdən birində selin gətirdiyi daşların təsadüfi düzülüş forması diqqətimi cəlb etdi. Elə bil təbiət özü bir insan təsviri yaratmışdı. Bu, məni daşlardan müxtəlif əl işləri hazırlamağa həvəsləndirdi”.

Zəka Muradovun sözlərinə görə, bu sənətin özəlliyi istifadə olunan daşların yonulmamasıdır:

“Topladığın daşları yonub istədiyin formaya sala bilmirsən. Mütləq təxəyyülündə formalaşdırdığın təsvirə uyğun daş tapmalısan, onun əsasında bir süjet xətti qurmalısan. Əl işlərimdə çay yataqlarından və dəniz sahillərindən topladığım daşlardan istifadə edirəm”.

Əsərlərində daha çox real təsvirləri canlandırmağa üstünlük verən Zəka Muradovun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.


Məhsullar
© 2017 “ABAD” publik hüquqi şəxs