ABADÇILAR / Fidan Alimova

ABADçı:
Fidan Alimova
Kodu:
156
Region:
Bakı

Bakı şəhər sakini Fidan Alimova dekorativ-tətbiqi sənətkarlıq sahəsi üzrə fəaliyyət göstərir. O, gildən gözoxşayan əl işləri və milli suvenirlər hazırlayır.

“Əslində mən rəssamam, lakin daim yenilikçiliyə meyil etmiş və özümü digər sənətkarlıq istiqamətlərində də sınamışam. Əl işlərimin bəyənilməsi məni bu sahənin peşəkarına çevrilməyinə həvəsləndirib. Hazırda müxtəlif rəsm əsərləri, şüşə üzərində rəngkarlıq, gildən suvenirlər və digər əl işləri hazırlayıram”.

İxtisasca həkim olan sənətkarın sözlərinə görə, iştirak etdiyi müxtəlif rəssamlıq dərnəklərində ilk dəfə peyzaj çəkməyi öyrənib:

“Daha sonra atamın dəstəyi ilə ilk rəsm əsəri çəkdim və həqiqətən gözəl alınmışdı. Kiçik bir uğurum məni sənətkarlıq sahəsinə həvəsləndirdi. Lakin valideynlərimin təkidi ilə ali təhsilimi həkimlik üzrə aldım. İllər ötsə də, mən yenə də özümü sənətkarlıq sahəsində görürdüm və buna görə də, qərar verdim ki, istəyimin dalınca gedim”.

Qeyd edək ki, sənətkar Fidan Alimovanın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.