ABADÇILAR / Validə Rüstəmova

ABADçı:
Validə Rüstəmova
Kodu:
158
Region:
Bakı

Bakı şəhər sakini Validə Rüstəmova rəngkarlıq sənəti ilə məşğuldur. “ABAD”ın dəstəklədiyi sənətkar taxta, şüşə üzərində müxtəlif şəkillər çəkir.

“İlk dəfə rəngkarlıqla bir hobbi kimi məşğul olurdum. Əl işlərimin keyfiyyəti yüksəldikcə, onları sosial şəbəkələrdə satışa çıxarmağa başladım. Hazırladığım suvenirlərə olan maraq, məni bu sahədə işlərimi davam etdirməyə daha da həvəsləndirdi”, - deyə, sənətkar qeyd edir.

Validə Rüstəmova deyir ki, daha çox buta naxışlarına üstünlük verir:

“Bundan başqa, müxtəlif stakanlar, keramika üzərində naxışlar çəkirəm”.

“ABAD” sərgi-satış mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olan sənətkar öz ailə biznesini daha da inkişaf etdirmək üçün publik hüquqi şəxsə müraciət edib:

“İndi məhsullarım daha geniş kütləyə təqdim olunur. Mən əslində nəinki rəngkarlıq, digər sahələrdə də özümü sınamışam. Lakin məhz rəngkarlıq mənə mənəvi rahatlıq gətirir, hər şeyi unuduram. “ABAD”ın dəstəyi ilə bu sahədə daha yüksək zirvələri fəth edəcəyimi düşünürəm”.

Qeyd edək ki, Validə Rüstəmovanın əl işləri “ABAD” sərgi-satış mərkəzlərində təqdim olunur.