ABADÇILAR / Hacıağa Əliyev

ABADçı:
Hacıağa Əliyev
Kodu:
162
Region:
İsmayıllı

Hacıağa Əliyev Lahıc misgərlik məktəbinin yetirməsidir.

10 yaşından etibarən misgərliyin sirlərinə yiyələnməyə başlayan sənətkar qeyd edir ki, o, Əliyevlər ailəsinin misgərliklə məşğul olan 8-ci nəslini təmsil edir:

“Məndən əvvəl 7 nəslimiz bu sahə ilə məşğul olub. Bu gün ailəmizin ənənələrini yaşatmaq mənim üçün fəxrdir. Mən bu sənəti atamdan, babamdan, əmilərimdən öyrənmişəm. Bizim ailəmiz heç vaxt başqa sənətlə məşğul olmayıb, bu gün də sənətimizi davam etdiririk”.

Əl işlərindən danışan Hacıağa Əliyev qeyd edir ki, buta naxışlarından istifadəyə üstünlük verir:

“Qolbaqların, sərpuşların, sinilərin üzərində müxtəlif naxışlardan, xüsusilə də buta naxışlarından istifadə edirəm. Ümumiyyətlə, misdən sadə əşyalar deyil, naxışlı qablar hazırlayıram, istənilən naxışı metal üzərində işləyə bilirəm”.

Əvvəllər əl işlərini yalnız yaşadığı Lahıc qəsəbəsində satan sənətkar daha geniş bazara çıxmaq və ölkə miqyasında tanınmaq üçün “ABAD”a müraciət edib.

“İstəyirəm əl işlərim daha çox tanınsın. Bu işdə “ABAD”ın dəstəyinə inanıram”, - deyə, sənətkar qeyd edir.

Bu gün Lahıc misgərlik məktəbinin nümayəndəsi Hacıağa Əliyevin əl işləri ilə “ABAD” sərgi-satış mərkəzlərində tanış olmaq mümkündür.