ABADÇILAR / Nadir Hacıyev

ABADçı:
Nadir Hacıyev
Kodu:
203
Region:
Balakən

Balakən rayonu, Hənifə kəndinin sakini Nadir Hacıyev heyvandarlıqla məşğuldur.

ABAD-ın dəstəklədiyi ailə 25 ildir ki, iribuynuzlu mal-qara saxlayır.

Nadir Hacıyevin sözlərinə görə, bu gün o, ailəsinin ənənlərini yaşadır:

“Kənddə yaşayıb təsərrüfatla məşğul olmamaq mümkün deyil. Biz öz fermamızda yerli mal-qaraya, xüsusilə də camışçılığa üstünlük veririk. İlk dəfə işə başlayanda təsərrüfatımızda cəmi 2-3 camış var idi. Bu gün isə 60-dan artıq camış saxlayırıq. Qarşımıza məqsəd qoymuşuq ki, bu sahəni daha da inkişaf etdirəcəyik”.

Hacıyevlərin qarşılaşdığı çətinliklərdən biri isə təsərrüfatlarından əldə etdikləri süd məhsullarının satışı ilə bağlı olub:

“Əlimizdə istehsal üçün avadanlıqlarımız yox idi. Camışlardan sağılan südü xammal kimi satırdıq, bu isə o qədər də yüksək qazanc əldə etməyə imkan vermirdi. Bu işdə dəstək almaq üçün Balakəndə regional “ABAD” mərkəzinə müraciət etdik və “ABAD”çı olduq. İndi təsərrüfatımızda “ABAD”ın təqdim etdiyi avadanlıq quraşdırılıb. Burada biz camış pendiri istehsal edirik”.

Qeyd edək ki, Hacıyevlərin ailə təsərrüfatında ilkin mərhələdə yalnız camış pendiri hazırlanır. Ailə gələcəkdə təsərrüfatını daha da genişləndirmək, inəkçiliyi inkişaf etdirmək və inək südünən pendir hazırlamağı düşünür.

Hazırda “ABAD”ın texnoloqları tərəfindən ailəyə müasir istehsal avadanlıqlarından istifadə etməklə pendir istehsal etmək üçün təlim keçirilir.

Ailənin məhsulları isə bazarda təmsil etdikləri kəndin adı – “Hənifə” brendi altında təqdim olunacaq.