"ABAD"çı: Fərid Nəcəfov | Kod: 7 | Region: Bakı

Azərbaycan xalq ədəbiyyatının ən gözəl və qədim nümunələri, milli nağıllarımız, oradakı qəhrəman personajlar uşaqların dünyagörüşünün formalaşmasına yardım etməklə yanaşı, həm də mədəni irsimizin formalaşmasına böyük təkan verib. Tarix boyunca xalq ədəbiyyatının müxtəlif inciləri həmçinin dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olanlar üçün bir ilham mənbəyi rolunda çıxış edib.

Sənətkarlarımız nağıllardakı, dastanlardakı səhnələri öz əl işlərində canlandıraraq, gözəl tətbiqi sənət nümunələri yaradıblar.

ABAD-çımız Fərid Nəcəfov da onlardan biridir.

Fərid bəy “ABAD” layihəsi çərçivəsində kiçik ölçülü taxta çərçivələrdə Azərbaycan xalçalarının fonunda “Cırtdan”, “Tıq-tıq xanım”, “Təpəgöz” kimi nağıl personajlarını heykəllərini yaradır.

Rəssam ailəsində anadan olan Fərid bəy qeyd edir:

“Hələ 5 yaşımdan əmimin emalatxanasında onun işlərini seyr edərək, bu sənəti sevdim və müxtəlif rəsmlər çəkməyə başladım. Daha çox nağıl qəhrəmanlarını öz rəsmlərimdə canlandırmağı sevirdim. Bu gün də Azərbaycan xalq ədəbiyyatından ilham alıb yaratdığım əl işlərinin təkcə yerli alıcıların deyil, əcnəbilərin də zövqünü oxşayacağını düşünürəm”.

Qeyd edək ki, “ABAD” sənətkarlıq mərkəzlərində yerləşdirilən bu məhsullar alıcılar tərəfindən böyük maraqla qarşılanır.


© 2017 “ABAD” publik hüquqi şəxs