ABADÇILAR / Yolbəyi Məhərrəmov

ABADçı:
Yolbəyi Məhərrəmov
Kodu:
92
Region:
Masallı

“ABAD” layihəsi çərçivəsində dəstəklənən kənd təsərrüfatı sahələrindən biri də arıçılıqdır. Nəcib bir istehsal sahəsi hesab olunan arıçılığa dəstək “ABAD”ın prioritet fəaliyyət istiqamətlərindən biridir.

Ailə biznesinə asan dəstək konsepsiyasına müraciət etmiş arıçılardan biri Masallı rayonu Sərçuvar kənd sakini Yolbəyi Məhərrəmov.

Uşaq yaşlarından dayısının böyük arıçılıq təsərrüfatında çalışan Yolbəyi Məhərrəmov ilk təcrübəsini məhz o zaman qazanıb.

Bu işin arı ailələlərinə qulluq, arıların müalicəsi kimi əsas sirrlərini də məhz dayısı ona öyrədib.

Yolbəyi Məhərrəmov zaman keçdikcə fərdi arıçı olmaq qərarına gəlir və bu işdə ilk dəstəyi öz ustadından alır.

Dayısının ona verdiyi 2 arı ailəsi ilə fəaliyyətə başlayan Yolbəyi Məhərrəmov bu gün arı ailələrinin sayını da 150-yə çatdırıb.

Yolbəyi Məhərrəmov ailə brendinin yaradılması, təqdim etdiyi balın satış bazarının genişləndirilməsi üçün “ABAD”a müraciət edib.

“ABAD” dizayn və brendinqlə bağlı apardığı araşdırmaların nəticəsi olaraq, Məhərrəmovların ailə təsərrüfatı üçün “Çiçəkli” bal brendini təklif edib və bu ad ailə tərəfindən müsbət qarşılanıb.

Məhərrəmovlar ailəsinin bal məhsulu həmçinin “ABAD”ın təqdim etdiyi “bir pəncərə” prinsipi üzrə müvafiq gigiyena və uyğunluq sertifikatları alıb.

Məhərrəmovlar ailəsinin “Çiçəkli” balı cökə, yonca, akasiya, müxtəlif dağ çiçəklərindən çəkilir və özünəməxsus dadı ilə fərqlənir.

“Çiçəkli” balı tam təbiidir və tərkibində heç bir başqa qarışıq yoxdur.

Yolbəyi Məhərrəmov öz məhsulunun keyfiyyətinə inanır və hər kəsi “Çiçəkli” balının dadına baxmağa dəvət edir.

 


Brendlər
“Çiçəkli” bal
Məhsullar