Bütün xəbərlər
“ABAD” I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisində təqdim olunur
20.09.2018

Tədbirin ilk günü stenddə ABADçılar tərəfindən hazırlanmış Azərbaycan mədəniyyətinə xas olan bədii sənətkarlıq nümunələri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

“ABAD” gələcək zərgərlər yetişdirir
10.09.2018

Quba “ASAN həyat” kompleksində fealiyyət göstərən “ABAD” Məktəb milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib. Təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat eldə edəcəklər.

İsrailin Azərbaycandakı səfiri “ABAD”la tanış oldu
16.08.2018

16 avqust 2018-ci il tarixində İsrail Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stavın başçılıq etdiyi diplomatik nümayəndə heyəti “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə yaxından tanış olub. “ABAD”ın direktoru Rüfət Elçiyev qonaqları qarşılayaraq onlara ABAD-ın strategiyası, məqsədləri və fəaliyyəti haqqında geniş məlumat verib.

Qida texnoloqu vakansiyası üzrə işçi axtarılır
04.08.2018

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentində qida texnoloqu vəzifəsinə vacant yer elan edir.

“ABAD”çı ailələrin yeni məhsulları satışa çıxarıldı
03.07.2018

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid məhsulları satışa çıxarılıb.

“Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı sərgi
14.06.2018

14 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "ASAN xidmət" və "ABAD"ın təşkilatçılığı ilə “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi baş tutub.

“ABAD” XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində təqdim olunub
23.05.2018

Mayın 16-ı Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri baş tutub.

“ABAD” və "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxslər arasında Anlaşma Memorandumu imzalanıb
22.05.2018

22 may 2018-ci il tarixində “ABAD” publik hüquqi şəxs ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs arasında Anlaşma Memorandumu imzalanıb.

“ABAD” tərəfindən suvenir xalça mövzüsunda təlim keçirilib
27.04.2018

19-25 aprel tarixlərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda özəl sektorun inkişafı, peşə təhsili və təlimi” proqramı çərçivəsində “ABAD” publik hüquqi şəxs ilə birgə təşkil edilən “Suvenir ölçülü xalçaların toxunması” mövzusunda təlim keçirilib.

“ABAD”çılar əlverişli güzəştli kreditlərdən bəhrələnir
06.03.2018

Martın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

© 2018 “ABAD” publik hüquqi şəxs