"ABAD"çı: Qurban Hüseynov | Kod: 1003 | Region: Balakən

Balakən rayonu Talalar kəndinin sakini Qurban Hüseynov 5 ildən çoxdur ki maldarlıqla məşğuldur.

ABADçımız ailə təsərrüfatında süd məhsulları istehsal edir:

“Süddən yağ, qaymaq, motal pendiri istehsal edirdim, sonra da bazarda satırdım. Amma rəqabət çox böyük olduğundan satışlarımızdan heç də razı deyildim”.

Artıq Hüseynovlar ailəsi üçün “Talalar” brendi yaranıb və bu brend altında bazara orijinal bir məhsul çıxarılır:

“ABAD”a müraciət edəndən sonra texnoloqları bizə verilən xüsusi avadanlıqlı konteynerlərdə xarici pendir növlərini istehsal etməyi öyrətdilər. Hazırda biz saçaq kimi tanınan çeçil və holland, yəni kaşar pendir növlərini hazırlayırıq. Bu bizim üçün bir yenilikdir və işimizdən də çox məmnunuq”.

Qeyd edək ki, Qurban Hüseynovun “Talalar” adlı pendirləri “ABAD” və “Bravo” satış mərkəzlərində təqdim olunur.


© 2018 “ABAD” publik hüquqi şəxs