"ABAD"çı: Elmira Abbaslı | Kod: 168 | Region: Bakı

“ABAD”ın dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə dəstəklədiyi sənətkar Elmira Abbaslı müəllif gəlincikləri hazırlamaqla məşğuldur.

Ömrünün 30 ilini bu işə həsr edən Elmira Abbaslı deyir: 

“Düşünürəm ki, ən maraqlı işlə məşğulam. Həyatın anlarını, məqamlarını, sevincini, kədərini gəlinciklərimin üzərində əks etdirirəm”. 

Kuklaların əksəriyyətini milli geyimdə təqdim edən xanım-sənətkar illərin təcrübəsinin işlərində böyük rol oynadığını söyləyir: 

“Bir çox sərgilərdə iştirak etmişəm, yenisinə hazırlaşanda gəlinciklərimdəki elementləri daha da mürəkkəbləşdirməyə çalışıram. Mən həm də konstruktor bacarıqları, eləcə də, rəssamlıq, ayaqqabıçılıq, bərbər və geyim dizayneri bacarıqları üzrə püxtələşmişəm”. 

Bu gün “ABAD” sərgi-satış mərkəzlərində Elmira Abbaslının tək gəlincik deyil, Azərbaycanın mədəniyyətini özündə yaşadan miniatür əl işləri də təqdim olunur. 

Elmira Abbaslının kukla və digər əl işləri ilə “ABAD” sərgi-satış mərkəzləri və abad.shop.az saytında tanış olmaq olar.


© 2017 “ABAD” publik hüquqi şəxs