"ABAD"çı: Təranə Əlipənahova | Kod: 175 | Region: Bakı

Bədii irsin qorunub gələcək nəsillərə çatdırılmasında bərpaçılıq sənəti mühüm rol oynayır. Bu şərəfli işdə alın tərini tökən ixtisasca bərpaçı-rəssam olan Təranə Əlipənahova da “ABAD”ın ailəsinə qatılanlardan biridir.

Təranə xanım “ABAD”a xalçaçılıq və bədii tikmə üzrə sənət əsərləri təqdim edir.

Təranə xanım təhsilini xalçaçı-rəssamlıq üzrə alıb, Rəssamlar İttifaqının üzvüdür:

“Bilirsiniz ki, peşəkar xalçanın əvvəlcə eskizi işlənilir, sonra həmin eskiz damalı kağıza köçürülür. Buna çeşni deyirik. Mən o çeşniləri çəkəndə uzaq xəyyallara dalıram, harmoniya və simmetriya içində yaşayıram”.

Xanım-sənətkarın “ABAD”a qoşulmaqla məqsədi yeniliklər əldə etmək, sənətin zirvələrinə can atmaq və təbii ki, fəaliyyətini genişləndirməkdir.

T.Əlipənahovanın əl işləri ilə “ABAD” sərgi-satış nöqtələrində və eləcə də abad.shop.az saytında tanış ola bilərsiniz.


© 2017 “ABAD” publik hüquqi şəxs