"ABAD"çı: Nərminə Xəlilova | Kod: 179 | Region: Şamaxı

Keramika sənəti Azərbaycanda qədim dövrlərdən mövcuddur.

Bu işlə məşğul olanlar qab-qacaqla yanaşı müxtəlif formalı əl işləri, suvenirlər də hazırlayıblar.

Keramika sənəti ilə məşğul olmaq və gözəl əl işləri yaratmaq insandan rəssamlıq, heykəltəraşlıq həm də böyük fantaziya tələb edir. Abadçımız Nərminə Xəlilova keramika sənəti ilə uzun illər deyil, bir ildi məşqul olur:

“Ailə qurandan sonra mühasibatlıq peşəmdən vaz keçdim. Lakin özünəməşqulluq kimi sənət axtarışında idim. Təlim kurslarına getdim və keramika sənətinin incəlliklərini öyrəndim”.

ABADçımızın dediyinə görə, təlimlərdə naxışları öncə kağız üzərində çəkməyi öyrədirdilər, lakin o qabların üzərində onları əks etdirməyi çox səbirsizlənirdi:

“İkinci mərhələyə keçiddən sonra bu sənət məni tamamən başqa dünyaya apardı. Bu işlə məşqul olanda ruhum dincəlir, hazır məhsulu əlimə alarkən özümü xoşbəxt hiss edirəm”.

Naxışlı saxsı qabın istehsal prosesini Nərmin xanım belə təsvir etdi:

“Əvvəla naxışı kömür tozuynan qabın üstünə basıb çəkirsən. Buna tahlil deyirlər. Daha sonra naxışı qara, sonra isə rəngli boya ilə çəkib qurumağını gözləyirsən. Növbəti mərhələ qlazurun çəkməsindən ibarətdir və sonda məhsulu 1000°C sobada bişirirsən”.

“ABAD”la iş birliyimin sayəsində sənətimi daha da inkişaf etdirməyi və yeni məhsullar istehsal etmək fikrindəyəm. Məsələn, keramikadan güzgü çərçivələrini hazırlamağa başlamışam”.

N.Xəlilovanın füsünkar əl işlərini “ABAD” satış mərkəzlərində əldə edə bilərsiniz.


© 2018 “ABAD” publik hüquqi şəxs