"ABAD"çı: Cavid Eyyubov | Kod: 181 | Region: Göyçay

Azərbaycanda oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ lap qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur.

Ağac üzərində oyma dekorativ-tətbiqi sənəti ilə Gənclər Peşə Reabilitasiya Mərkəzində tanış olan Cavid Eyyubov bu sənətə vurğun olduğunu deyir:

“Ən çox Azərbaycanın abidələrini, milli musiqi alətlərini əks etdirməyi xoşlayıram. Yaratdığım suvenirləri çox sevirəm, onlar satılanda isə ikiqat sevincək oluram. Demək ki, bəyənib, qiymət verirlər. Bugünədək ən gözəl günlərimdən biri onu hesab edirəm ki, mənim əl işlərimi “ABAD” rəhbərliyi bəyənərək, məni ABADçı ailələrinə qəbul edib”.

“ABAD”a daim gəlir yeri kimi ümid bəsləyən usta həm qurumun gələcəkdə onu sənət zirvələrində daha da yüksəkliyə qalxmasına, beynəlxalq sərgilərdə iştirak etməyə imkan yaratdığına inanır.
Qeyd edək ki, Cavid Eyyubovun əl işlərini “ABAD” sərgi-satış mərkəzlərindən əldə etmək mümkündür.


© 2017 “ABAD” publik hüquqi şəxs