"ABAD"çı: Viktoriya Eyvazova | Kod: 188 | Region: Bakı

Bakı şəhəri sakini Viktoriya Eyvazova ixtisasca tibb işçisidir, amma daxilən özünü azad rəssam kimi qəbul edir.

“Rəngkarlığa uşaqlıqdan meyilli idim. Bağ evimiz üçün iri gil qablarını rəngləyib naxış çəkən zamandan isə, özümü yaradıcı şəxs kimi reallaşmış qəbul etməyə başladım. Bu məmnuniyyət məni tam yeni aləmə apardı. Bundan sonra özümə emalatxana açıb, günlərlə orada çalışmağa start verdim”.

Viktoriya xanımın dediyinə görə, “ABAD”a qoşulduqdan sonra həyatı daha çox yeniliklərə açılıb:

“İstedadıma qiymət verilir. Əl əşlərimi məhz “ABAD” satış mərkəzlərində görmək məni şad edir. İşlərimi daha da təkmilləşdirmək üzərində işləyirəm. Gələcək planlarımda yumşaq mebellərin üzərində rəsm çəkməkdir”.

Qeyd edək ki, Viktoriya Eyvazovanın əl işləri “ABAD” satış mərkəzlərində təqdim olunur.


© 2017 “ABAD” publik hüquqi şəxs