"ABAD"çı: Arzu Tahirli | Kod: 189 | Region: Bakı

Şamlar tam ayrı bir enerqetikanın daşıyıcılarıdır. Ələlxüsusda ətirli rəngbərəng şamlardan bəhs edilirsə.

Şamın əks etdirdiyi işıqda insan hətta sakitlik tapıb rahatlaşa bilər. ABADçımız Arzu Tahirli görünüşcə fərqli və ev dekorasiyasında istifadə edə bilinən şamlar hazırlayır:

“Həvəskar rəssamam, ümumiyyətlə rəng aləmi məni valeh edir. Rəssamlığa, rəngkarlığa aid olan bütün sənətləri sevirəm. Şamların da hazırlanmasına o xəttlə başladım. İlk öncə şamdanlar düzəldirdim, vitraj üsulu ilə bəzəyirdim, daha sonra şamın hazırlanma sirləri ilə maraqlanmağa başladım və beləliklə bu işə kökləndim”.

Şamların özünü də fərqli mövzularda hazırlayan xanım ABADçımız ən çox milli ruha üstünlük verdiyini deyir:

“Amma digər mövzulara da aid olan şamlarım var: yer, torpaq, gül, külək və s. Ən sevdiyim şamlarımdan biri Dərvişdir və yaxud kinoqəhramanlarım da var, onlar arasında Şerlok Xolms xüsusi maraq yaradır”.

“ABAD”dan razılıq edən sənətkar gəliri haqqında bunu deyir:

“Heç vaxt düşünməzdim ki, hobbim nə vaxtsa gəlir mənbəsinə çevrilə bilər, əl işlərimə yalnız hədiyyə gözü ilə baxırdım. “ABAD” haqqında radio vasitəsilə eşidəndən sonra düşündüm niyədə ki yox. Və tutdu, mən də hazırda çox məmnunam”.

Qeyd edək ki, Arzu Tahirlinin təqdim etdiyi əl işləri “ABAD” satış mərkəzlərində öz alıcılarını gözləyir.


© 2017 “ABAD” publik hüquqi şəxs