"ABAD"çı: Azad Aslanov | Kod: 191 | Region: Bakı

“ABAD”ın dəstəklədiyi gənc sənətkarlardan biri Azad Aslanovdur.

Cavan olmasına baxmayaraq, o artıq peşəkar heykəltaraşdır. Çünki Azad sənətin bu növü ilə 8 yaşından bəri məşğuldur.
Hazırda bu peşə üzrə ali təhsil alan “ABAD”çımız heykəllərini hərəkətdə təsvir etməyi sevir:
“Heykəlləri candlandırmağı sevirəm. Onları təsvir edəndə bütün emosiya palitrasından istifadə edirəm. Əsərlərimi hərəkətli formada düzəldirəm. Hətta bir kolleksiyama “qaçınılmazdan bir saniyə öncə” adı vermişəm. Orada, məsələn, velosipeddən aşma məqamı, çuxura düşmə və s. prosesləri təsvir etmişəm”.
A.Aslanovun “ABAD”a müraciət etməyi korporativ sektora qapıların açılışıdır:
“Əslində böyük sifarışlərlə işləmək istərdim. Bu sahə üzrə həm Vətənimdə, həm xaricdə ən tələbatlı sənətkarlardan biri olmaq arzusundayam”.
Qeyd edək ki, Azad Aslanovun əl işləri “ABAD” sərgi-satış mərkəzlərində və www. Abad.shop.az saytında təqdim olunur.


© 2017 “ABAD” publik hüquqi şəxs