https://youtu.be/tOYOzwKVIok
"ABAD"çı: Aytən Məhərrəmova | Kod: 192 | Region: Bakı

Bakı şəhəri sakini Aytən Məhərrəmova toxuculuq istiqaməti üzrə fəaliyyət göstərir.

“Bu sənət üzrə Ramana qəsəbəsində yerləşən Peşə Reabilitasiya Mərkəzində dərs almışam. Sərbəst fəaliyyətə başlayandan sonra isə sənətimdə daha da püxtələşməyə çalışıram”.

“ABAD”a toxunma üsulu ilə müxtəlif geyimlər, papaq və şərflər təqdim edən A.Məhərrəmova əl işlərinin qiymətləndirilməsindən də ağız dolu danışdı:

“Öncədən sevə-sevə toxuduğum əşyaları satmaqda çətinlik çəkirdim. Maraq böyük olmayanda isə, lap əhvaldan düşürdüm. “ABAD”da isə hər bir məhsulum qiymətlənir, satış mərkəzlərinə də çox yaraşır”.

Qeyd edək ki, Aytən Məhərrəmovanın əl işlərini “ABAD” sərgi-satış mərkəzlərindən əldə etmək mümkündür.


© 2017 “ABAD” publik hüquqi şəxs