"ABAD"çı: Təranə Əliyeva | Kod: 195 | Region: Bakı

“ABAD”ın dəstəyi altında Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən suvenirlərin çeşidi çoxalır. Suvenirlər arasında milli kuklalar alıcıların böyük marağına səbəb olur. Bu cür kuklaların hazırlayanlardan biri də Təranə Əliyevadır.

Təranə xanım ixtisasca xalçaçı-rəssamdır. Milli İncəsənət Akademiyasının eyni adlı fakültəsinin məzunudur və hazırda Xalça Muzeyində kiçik elmi işçi kimi fəaliyyət göstərir:
“Dayım rəssam-multiplikator olub, məndə uşaqlıqdan onun yanında oturub rəsm çəkərdim. Beləliklə, o vaxtdan mən də uşaq rəssamı olmaq fikrinə düşdüm”.
T.Əliyevanın dediyinə görə, rəsmdən sonra onun bədii tikişə də həvəsi oyandı:
“Tikiş texnikalarını öyrəndikcə, rəssamlıq qabiliyyətimi və tikişi eyni məkana gətirən işlə məşqul olmaq istədim. Beləliklə, kukla hazırlanması mənim həyatımda böyük bir yer tutdu. Kuklanın hazırlanması öz səciyyəsini həm heykəltaraşlıqda, həm bədii tikişdə, həm də kompozisiyanı qurmaqla rəssamlıqda tapır. Hamısı da böyük zövq və səbr tələb edir”.
“ABAD”-a qoşulmağa gəldikdə, Təranə xanım kuklalarının qazandığı rəğbətdən məmnun olduğunu söyləyir:
“Nədənsə əl işlərimin duty-free zonasında satılmasını həmişə istəmişəm. Xarici ölkələrdə yerli xalqa məxsus sənət nümünələrinə tez-tez rast gəlirik. Bizdə də Azərbaycanın mədəni irs nümünələrinin satışını istərdim. Bu arzum da reallaşdı. Artıq “ABAD” vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanının duty-free zonasında mənim də əl işlərim var”.


© 2017 “ABAD” publik hüquqi şəxs