"ABAD"çı: Qalib Həsənov | Kod: 2000 | Region: Bakı

“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğunda doğulub boya-başa çatmaq buranın ab-havasını ömür boyu daşımaq deməkdir. ABADçımız Qalib Həsənov da istisna deyil.

İxtisasca memar olduğuna baxmayaraq sənətkarımız İçərişəhərin abidələrindən ilham alaraq onları suvenirlərində təsvir edir.

“Mən İçərişəhərin bütün küçələrini, dalanlarını tanıyıram və sözsüz ki bir memar kimi abidələrini sevməyə bilmərəm. Keramika sənətinin də vurğunuyam və keramika vasitəsilə tarixi abidələrimizi təsvir etmək mənə xüsusi zövq verir”.

İlk işini hələ 1981-ci ildə hazırlayan sənətkarın yaratdığı unikal şahmat dəsti sənətsevərlər arasında böyük rəğbət qazanıb. Şahmat dəstinin özəlliyi ondan ibarətdir ki, hər fiqur bir abidəni təsvir edir.

“ABAD”dan gözləntilərindən danışan Q.Həsənov onu da vurğulayıb ki, bir neçə ildir ki, sənətdən uzaqlaşmışdı:

“Buna səbəb idxal olunan xammalın, sobaların, şirənin qiymətlərinin artması idi. İndi təqaüdçüyəm. “ABAD”ın yaratdığı şəraitin köməyi ilə yerli xammala əlimiz çatdı və sevimli hobbim mənim üçün artıq yeni bir gəlir mənbəsinə çevrildi”.
Qeyd edək ki, Qalib Həsənovun əl işlərini “ABAD” satış mərkəzlərindən əldə edə bilərsiniz.


© 2017 “ABAD” publik hüquqi şəxs