"ABAD"çı: İnci Sadıqova | Kod: 204 | Region: Bakı

ABADçımız İnci Sadıqova artıq 3 ildir ki, sərbəst şəkildə bəzək əşyaları hazırlayır və bu onun gəlir yerinə çevrilib.

İlk işlərini isə hələ 15 yaşından anasının dərzi kimi fəaliyyət göstərdiyi yerdə yaradıb:

“Anamın iş yerini çox bəyənirdim, tez-tez gələrdim ora, tikmələr edərdim,toxuyardım-tikərdim, paltarların üzərini daş-qaşlarla, muncuqlarla bəzəyərdim. Beləliklə də, bu sahələrdə özümü sınaya-sınaya sonda elə bəzək əşyaların düzəltməsində qərarlandım”.

İnci Sadıqovanın məhsullarının çeşidi çox böyükdür: muncuqlu, saçaqlı, qaşlarnan, milli ruhda, müasir ruhda və s.

“Evdar qadın üçün “ABAD” bir möcüzədir. Körpə uşaqlı anayam, evdən hər dəqiqə ayrılmaq zordu mənə. Lakin “ABAD”ın sayəsində qablaşdırmanı, təhvil-təslimi, sifarişin çatdırılmasını düşünmədən evdə işləyib, pul qazanıram. Bu da danılmaz bir faktdır ki, “ABAD”dın dəstəyi ilə mən bir ay ərzində qazandığım pulu, öncə individual sifarişlər zamanı mən 3-4 aya qazana bilmirdim”.

ABADçımız İnci Sadıqovanın bir-birindən özəl əl işlərini yalnız “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

 


© 2018 “ABAD” publik hüquqi şəxs