"ABAD"çı: Zəhra Əli | Kod: 206 | Region: Bakı

Milliliyimizi əks etdirən ornamentlər bir çox insanların yaradıcı fikirlərində öz əksini tapıb.

ABADçımız Zəhra xanım həmçinin bu ornamentlərə uşaqlıqdan böyük maraq göstərib. Onun bu marağı müəllimləri tərəfindən də dəstəklənib.

Artıq 7 ildir ki, Zəhra Əli keramikadan və digər materiallardan müxtəlif milli üslübda suvenirlər hazırlayır:

“Şüşə, keramika ilə işləmək mənə böyük zövq verir. Amma əvvəl onların satışı barədə heç düşünmürdüm. Bir müddət öncə müəllimim mənə “ABAD” haqqında bəhs etdi. Gəldim, suvenirlərim bəyənildi. İndi daha fərqli istiqaməıtlərdə əl işləri hazırlayıram. Məsələn, artıq “ABAD”a yaxa broşları da təqdim edirəm”.

Gələcək planlarından söhbət açan Zəhra Əli “ABAD”ın vasitəsiylə arzularından birinə çatacağına əminliyini bidirir – yerli və beynəlxalq sərgilərdə iştirak etmək.

Qeyd edək ki, Zəhra Əlinin əl işləri “ABAD” satış mərkəzlərində təqdim olunur.


© 2017 “ABAD” publik hüquqi şəxs