"ABAD"çı: Səadət Abdullayeva | Kod: 210 | Region: Bakı

“ABAD”çımız Səadət Abdullayeva dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində dəstək alan şəxslərdəndir.

O, müxtəlif tərtibatlı gəlinciklər hazırlayır. S.Abdullayevanın dediyinə görə, bu fitri istedad onda uşaq yaşlarından yaranıb:

“Yaşa dolduqca bu sənətə həvəsim daha da artır, təxəyyülümdə obrazlar görüb onları canlandırmaq kimi məqsəd qoyuram qabağıma. Kuklalarım mənim balalarımdı, onlarla söhbət edir, əzizləyirəm”.

Sənətkar xanım kuklalarından ayrı qalmağı sevməsə də, onları satışa çıxarmağın yolunu axtarırdı:

“Mənə bu işdə yol göstərən lazım idi, lakin illərdi o yolu tapa bilmirdim. Amma“ABAD”ın yaranması haqda eşidəndə ümidim artdı. “ABAD”ın köməyi ilə kuklalarımı böyük kütlə görəcək, hətta ola bilsin, ən böyük arzum – əsərlərimlə kukla tamaşasının qurulması da reallaşsın. Axı ən sevdiyim kuklalar məhz nağıllardan qəhrəmanlarıdır”.

Qeyd edək ki, Səadət Abdullayevanın hazırladığı əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.


© 2017 “ABAD” publik hüquqi şəxs