"ABAD"çı: Təranə Muradova | Kod: 219 | Region: Sumqayıt

ABADçımız Təranə Muradova Sumqayıtda anadan olub. Təhsilini maliyyə sahəsi üzrə almağına baxmayaraq Təranə xanım uşaq vaxtından modelyerliyə, dizaynerliyə və ümumiyyətlə incəsənətə böyük maraq göstərib:

“Müxtəlif libaslar tikməyə çalışırdım, lakin hər zaman qeyri-adi materiallardan suvenirlər hazırlamağı arzulayırdım”.

Bu gün bu istedadlı xanım öz zərif əlləri ilə xəriqələr hazırlayır. O, balıq qulağından sənət əsərləri yaradır:

“Artıq beş ildir ki bu sənətlə məşğulam. Çevrəmdəki insanların əl işlərimə olan marağını görəndə mən daha da həvəslənirəm, ona görə də bu sənətlə peşəkarcasına məşqul olmaq istədim”.

“ABAD” publik hüquqi şəxs öz növbəsində T.Muradovanın istedadına dəstək verərək, ürəyindən keçən arzularının həyata keçməsi üçün köməklik göstərir. 

“ABAD” vasitəsi ilə əl işlərim daha geniş auditoriyaya çatdı. Satışlardan gələn gəlir aylıq ailə büdcəmə dəstək oldu. “ABAD”ın sayəsində daha çox yeniliklərə doğru addımlayıram. Fiqurlarım dünyanın dörd tərəfinə yadigar kimi aparılır. Bu çox qürurverici bir hissdir!”.

“ABAD”la bağlı planlarından danışan sənətkar onu da vurğulayıb ki, yaxın zamanlarda yeni ideyalarını təqdim edəcək:

“Ümid edirəm ki, yeni işlərim mənə daha da çox uğur gətirəcək”.


© 2017 “ABAD” publik hüquqi şəxs