"ABAD"çı: Sənan Məmmədov | Kod: 3000 | Region: Bakı

“ABAD”ın dəstək göstərdiyi gənc sənətkarlardan biri də Bakı şəhəri sakini Sənan Məmmədovdur.

ABADçımız ağac üzərində bədii oyma sənəti üzrə fəaliyyət göstərir. Uşaqlıqdan bu sənətə can atan S.Məmmədovun dediyinə görə, onun yaradıcılıq fəaliyyəti məhz rəsm çəkməkdən başlayıb:

“Özümü xatırladığım andan üzərində yazı əks etdirə bilən hər bir şeyin üstündə nələrsə çəkmişəm. Hətta böyüyəndə rəssam olacağımı düşünürdün. Atam özü oymaçıdır. Bəlli bir zamandan sonra məni də işlərinə cəlb etməyə başladı, bununla da bu işin dərinliklərini öyrənməyə can atdım”.

İlk işinin taxtadan hərflər düzəltdiyini deyən Sənan Məmmədov hazırda “ABAD” üçün taxtadan

müxtəlif suvenirlər və böyük marağa səbəb olan mücrülər hazırlayır:

“Əvvəl biz sifarişlə işləyirdik. Bu prosesdə ən bəyənmədiyim o idi ki, sifariş olmayanda həvəsdən düşürdüm. Amma “ABAD” üçün daim yeniliklər hazırlamaq, onları bitirib təhvil verməkdən səbirsizlənirəm. Bu da mənə böyük zövq verir”.
Qeyd edək ki, Sənan Məmmədovun əl işləri “ABAD” etno-butiklərində təqdim olunur.


© 2017 “ABAD” publik hüquqi şəxs