"ABAD"çı: Kəmalə Nəsrullayeva | Kod: 400 | Region: İsmayıllı

İsmayıllı rayonu Lahıc kəndinin sakini Kəmalə Nəsrullayeva xalçaçılıqla məşquldur. Kəmalə xanım demək olar ki dünyanı dərk edəndən bu işə həvəs göstərir:

“İlmə vurmağı 5 yaşımda anamdan öyrənmişəm. Evimizdə hər zaman Şirvan xaçası toxunulub”.

Yetkinlik yaşına çatandan sonra ABADçımız Lahıcda yerləşən xalça fabrikində çalışıb. Lakin fabrik bağlanandan sonra K.Nəsrullayeva sevdiyi peşəsindən əl çəkməyib. Əksinə üzərində daha da çox işləyərək Azərbaycan mədəniyyətinə xas olan digər xalçaların ornamentlərini öyrənib. Bura qunul, pirəbədil, qobustan və s. xalçalar aiddir:

“Fabrik ləvğ olandan sonra xalçaları turistlərə satmağa başladıq. Amma kəndimizin dağlıq ərazisində yerləşməyi bura ilboyu turistlərin gəlişinə çətinlik yaradır. Və təbii ki, bizde mövsümlə satışımızı həyata keçirə bilirdik. Bu da sözsüz ki, bizi qane etmirdi. “ABAD” isə ilin 365 günü bizə dəstək olur. Çox razıyıq”.

Qeyd edək ki, Kəmalə Nəsrullayeva dəstək “ABAD”ın BMT-nin İnkişaf Proqramı və Qlobal Ətraf Mühit Fondu ilə birgə olan “Yerli yüksək dağlıq ərazilərin icmalarının alternativ gəlir mənbələri ilə təmin edilməsi” layihəsinin çərçivəsində baş tutub.


© 2018 “ABAD” publik hüquqi şəxs