"ABAD"çı: Elvira Qasımova | Kod: 4000 | Region: Naxçıvan

ABADçımız Elvira Qasımova Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində ziyalı ailəsində anadan olub.

İxtisasca kimyaçıdır. Lakin uşaqlıqdan dekorativ-tətbiqi xalq sənətkarlığına böyük maraq göstərib:

“Tələbəlik illərindən bəri gips və yun sapdan, tullantı qalıqlardan dekorativ əl işlərinin hazırlanmasına həvəs göstərib boş vaxtlarımda hobbi kimi məşqul olurdum. Lakin ailəm mənim suvenirlərin hazırlanması ilə məşqul olduğuma boş vaxt itkisi kimi yanaşırdı. Mən isə buna baxmayaraq ruhdan düşmürdüm”.

Elvira xanım artıq 1 ildir ki suvenirlərin hazırlanması sahəsidə ciddi şəkildə fəaliyyətə başlayıb. İlk növbədə əl işlərini Sumqayıt Dövlət Rəsm qalereyasında sərgiləyib. Daha sonra isə satışlar barədə düşünərkən “ABAD” haqqında məlumat alıb.

“Suvenirlərimi mükəməlləşdirmək üçün bir çox məsləhətlər aldıqdan sonra, "ABAD"da fəaliyyətimə davam etdim. Artıq əzizlərim də kiçik biznesimin inkişafını görərək, mənə dəstək olurlar”.

Gələcək planlarından danışan E.Qasımova onu da söyləyib ki, əl işlərini təkmilləşdirib dekorativ sənətin fərqli sahələri ilə də məşqul olmaq fikrindədir:

“Çünkü əl işləri ilə məşğul olmağım özümə inamımı artırır”.

Qeyd edək ki, Elvira Qasımovanın milli suvenirləri “ABAD” etno-butiklərində təqdim olunur.


© 2018 “ABAD” publik hüquqi şəxs