"ABAD"çı: Könül Seyidova | Kod: 401 | Region: İsmayıllı

Azərbaycan xalq sənətkarlığının şah əsərlərindən olan xalçaçılığı yaşadanlardan biri də İsmayıllı rayonunun sakinləridir.

Bu səbəbdən “ABAD”ın BMT-nin İnkişaf Proqramı və Qlobal Ətraf Mühit Fondu ilə birgə olan “Yerli yüksək dağlıq ərazilərin icmalarının alternativ gəlir mənbələri ilə təmin edilməsi” layihəsinin çərçivəsində regiondan seçilmiş 14 ailələlin əksəriyyəti məhz xalçaçılıqla məşquldur.

Bu sahədə fəaliyyət göstərən ABADçılarımızdan biri də Könül Seyidovadır:

“Uzun illərdir ki, toxuculuqla məşqulam, xalça, geyimlər və suvenirlər hazırlayıram”.

K.Seyidovanın dediyinə görə, o böyük həvəslə Şirvan xalçası toxuyur, lakin digər bölgələrin xalça növlərini də toxumağı baxarır.


Bu gün “ABAD” tərəfindən dəstək göstərilən K.Seyidovanın əl işləri, suvenir xalçalarını “ABAD” sənətkarlıq mərkəzlərindən əldə etmək olar.


© 2018 “ABAD” publik hüquqi şəxs