"ABAD"çı: Yeganə Eldarova | Kod: 402 | Region: İsmayıllı

İsmayıllı rayon sakini Yeganə Eldarova xalçaçıdır. 10 yaşından bəri saplardan xariqələr yaradan sənətkarın sözlərinə görə, bu sənətin sirləri onların ailəsində anadan qıza əsrlər boyu ötürülür.

“ABAD”ın dəstəkindən sonra Yegənə xanımın işi daha da irəli gedib:

“Dəstək proqramına qoşuldum və öz komandamı yığdım. Artıq 100 toxucum var, lakin sap problemimiz gündəmdə idi. “ABAD” bu işdə də bizə dəstək oldu. Hazırda bir neçə növ və çeşiddə xalça toxuyuruq: Zeyvə, Pirəbədil, Qolu-Çiçi, Nəlbəki və ən qədim çeşnisi hesab olunan Gönük xalçasını toxuyuruq, bu işi inkişaf etdirib gələcək nəsillərə ötürmək istəyirik”.

“Bundan başqa sevindirici hal odur ki, “ABAD” bizə sapdan başqa çeşnilərini, rənglərini də hətta təqdim edir. Hər bir tərəfi düşünən “ABAD”a yalnız təşəkkürlər düşür”.

Qeyd edək ki, Yeganə Eldarovaya dəstək “ABAD”ın BMT-nin İnkişaf Proqramı və Qlobal Ətraf Mühit Fondu ilə birgə olan “Yerli yüksək dağlıq ərazilərin icmalarının alternativ gəlir mənbələri ilə təmin edilməsi” layihəsinin çərçivəsində baş tutub.


© 2017 “ABAD” publik hüquqi şəxs