"ABAD"çı: Arzu Zahidova | Kod: 403 | Region: İsmayıllı

Xalçaçılıq sənəti ilə məşqul olan sənətkarlardan biri də İsmayıllı rayon sakini Arzu Zahidovadır.

Arzu xanım 10 ildən çoxdur ki, müxtəlif növlərdə xalçalar toxuyur və bu sənətin bütün sirlərini əmisinin yoldaşından öyrəndiyini bildirir:

“Ömür boyu bostanda, tarlada işləmişik, sonra boş vaxtımızın daha səmərəli keçməsi üçün toxuculuqla məşqul olmuşuq. İndi deyə bilərəm ki, peşakarlıqla xalçaları toxuyuram”.

Sənətkar-xanımın dediyinə görə, “ABAD” tərəfdən çeşnilər təqdim edildiyindən sonra, onların işləri daha da asanlaşıb:

“Bu cür çeşnilərlə böyük ölçüdə xalçaların toxunmalarına daha da can atıram”.

Qeyd edək ki, Arzu Zahidovaya dəstək “ABAD”ın BMT-nin İnkişaf Proqramı və Qlobal Ətraf Mühit Fondu ilə birgə olan “Yerli yüksək dağlıq ərazilərin icmalarının alternativ gəlir mənbələri ilə təmin edilməsi” layihəsinin çərçivəsində baş tutub.


© 2017 “ABAD” publik hüquqi şəxs