"ABAD"çı: Cəmilə Hacısəmədzadə | Kod: 43 | Region: Bakı

Bədii tikmə və ornamentlər üzrə mütəxəssis sayılan Cəmilə Həsənzadə Şəki şəhərində anadan olub.

İxtisasca kulturoloq olan Cəmilə xanım heykəltəraş və rəssamların əhatəsində püxtələşib. Hətta AMEA-nın Şəki Regional Elmi Mərkəzində kiçik elmi işçisi kimi fəaliyyət göstərib:

“Əməkdar memar Nərgiz Əsgərzadənin nəzarəti altında milli ornamentləri bir-bir öyrənib, tətqiq etmişəm. Hazırda həm real ölçüdə, həm gəlinciklər üçün milli kostyumların tikişi ilə məşğulam. Gəlincikləri də özüm hazırlayıram. Kostyumların üzərində əks etdirdiyim ornamentlərin hər biri bir simvoldur”

Cəmilə xanımın ən böyük arzusu Azərbaycanda ilin bir günü Azərbaycan Milli Geyim günü kimi qeyd olunmasıdır:

“Belə bir bayram ola, uşaqdan böyüyə hamı fleşmob kimi milli geyimdə gəzə o gün. Biz tariximizi unutmamalıyıq və milli mədəniyyətə aid olan hər bir məqamla qürur duymalıyıq, ona qiymət verməliyik”.

“Lakin tək geyimlərə deyil, ümumiyyətlə Azərbaycanda xalq sənətkarlarına yetərincə diqqət ayrılmırdı.

Amma “ABAD”ın fəaliyyəti sayəsində yanaşma dəyişdi. Bu layihə həm biz sənətkarların qayğısına qalacaq, həm də turizmin inkişafına öz töhfəsini verəcək. Dəfələrlə turistlərin Çin məhsulu deyil, yerli əl işi suvenirlərin axtardığını müşahidə etmişəm. Artıq onları yönəldəcəyim düzgün ünvan var. Hamı “ABAD”a gəlsin!”.


© 2017 “ABAD” publik hüquqi şəxs