"ABAD"çı: Aybəniz Əhədova | Kod: 5000 | Region: Masallı

“ABAD”ın əsas məqsədlərindən biri də gənc sənətkarlara dəstək vermək, onların uğurlu fəaliyyətlərini işıqlandırmaqdır.

Aybəniz Əhədova da gənc, lakin artıq təcrübəli sənətkar-dizaynerlərdən hesab olunur. O orijinal bəzək əşyaları hazırlayır.

Aybəniz xanımın iki ali təhsili var, lakin heç biri incəsənətlə bağlı deyil. Buna baxmayaraq ABADçımız yalnız fəaliyyət göstərdiyi peşə ətrafında öz həyatını qurur. ABADçımızın özəlliyi ondan ibarətdir ki, o, bəzək əşyalarını məhz tullantılardan hazırlayır:

“Əvvəl vaxtımın çox hissəsi muncuq axtarmağa həsr olunurdu. Daha sonra isə qırılmış aksessuarlara ikinci həyat verərək onlardan yeni əşyalar düzəltmək fikri ağlıma gəldi. İndi mənim bəzək əşyalarımın hazırlanmasında hər bir tullantıya gedən məişət əşyasının izlərini görə bilərsiniz”.

Aybəniz xanım bəzək əşyaları ilə fərqlənmək istəyən xanımların zövqünü oxşayan gözəl akssesuarlar ərsəyə gətirir. Fərqlilikləri sevən xanımlar “ABAD” etno-butiklərinə müraciət edə bilərlər.


© 2017 “ABAD” publik hüquqi şəxs