Qida texnoloqu vakansiyası üzrə işçi axtarılır

04.08.2018
Qida texnoloqu vakansiyası üzrə işçi axtarılır

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentində qida texnoloqu vəzifəsinə vakant yer elan edir:

Vəzifə öhdəlikləri:

• “ABAD” publik hüquqi şəxsin dəstək verdiyi ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların (bundan sonra “ABAD”çı qida məhsullarının istehsal texnologiyalarının işlənməsi və tətbiqini təşkil etmək;
• “ABAD”çı məhsullarının istehsal prosesinin texnoloji xəritələrini və reqlamentlərini hazırlamaq;
• “ABAD”çıların yeni məhsullarının istehsal prosedurlarını hazırlamaq;
• İstehsal prosesinin bütün mərhələlərində ABAD-çılar tərəfindən texnoloji rejimlərə riayət olunmasının monitorinqini həyata keçirmək;
• “ABAD”çıların xammal və hazır məhsulunun qiymətləndirilməsini həyata keçirmək;
• “ABAD”çılar tərəfindən istehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
• Ümumi gigiyena qaydalarına əməl olunması və qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
• İstehsalata gələn xammaldan, hazırlanmış məhsullardan nümunə götürülərək analizlərin aparılması işini icra etmək;
• “ABAD”çı məhsullarının hazırlanmadan öncəki və sonrakı keyfiyyət göstəricilərinin qida standartlarına uyğun olub olmadığına nəzarət etmək;
• Dequstasiya prosesini hazırlamaq, aparmaq və nəticələrini təhlil etmək;
• “ABAD”çı məhsullarının istehsal yerlərində operativ nəzarət və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsini təmin etmək;
• “ABAD”çı məhsullarına dair texniki sənədlərin işlənib hazırlanması və bununla əlaqədar təqdimat vermək;
• Vəzifəsi üzrə direktor və departament müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Fəaliyyətinin əsas hissəsini “ABAD” PHŞ-nin regionlarda yerləşən mərkəzlərində həyata keçirəcək.
Tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə 2 il iş stajı
(MS WINDOWS, MS OFFICE, INTERNET və s.) orta-yüksək səviyyədə
İngilis dili (orta səviyyədə), rus dili (orta səviyyədə)

Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 20.08.2018-ci il tarixinədək a.qurbanova@abad.gov.az e-mail ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 444 74 08
Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


© 2018 “ABAD” publik hüquqi şəxs