× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Tamara Nəzərova | Region: Masallı | Həsirçilik
Tamara Nəzərova
Masallı rayonu Türkoba kənd sakini Tamara Nəzərova cənub regionuna xas olan həsirçilik sənəti ilə məşğuldur. Sənətkar həsirin lığ adlı növünü ətraf kəndlərdən toplayır. 30 günlük qurutma prosesi başa çatdıqdan sonra toplanmış həsirdən zənbillər, digər müxtəlif məişət əşyaları hazırlanır.

Həsirçilik Tamara xanımın ailəsinin əsas gəlir mənbəyidir. O, müxtəlif tutumlarda və ölçülərdə hər zövqə uyğun həsir səbətlər, zənbillər, dibçəklər və mətbəx əşyaları hazırlayır.

Öz övladlarına da bu sənəti öyrədən Tamara xanım ailə biznesini daha da genişləndirmək üçün Masallı regional “ABAD” mərkəzinə müraciət edib.

Müxtəlif çeşidlərdə məhsul hazırlamasına baxmayaraq, alıcıların daha çox hansı növ həsir məhsullarına üstünlük verdiyini öyrənmək üçün “ABAD”ın marketinq xidmətlərindən daha çox istifadə edir.

“ABAD” tərəfindən dizayn və marketinqlə bağlı zəruri dəstək alan sənətkar bu gün müştərilərin zövqünü oxşayan, yüksək tələbatla qarşılanan məhsul istehsalını həyata keçirir.

“ABAD”ın dəstəyi sayəsində sənətkarın zərif əl işləri yalnız Masallı rayonunda deyil, paytaxt Bakı şəhərində “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb.

 

 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar