× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Mahir Vələdov | Region: Şəki | Oyma
Mahir Vələdov
“ABAD”ın dəstəklədiyi sənətkar Mahir Vələdov Şəki şəhər sakinidir. Babası və atasından miras qalan oymaçılıq sənətini bu gün də yaşadan Mahir Vələdov 35 ildir ki, müxtəlif musiqi alətləri və kiçik suvenirlər hazırlayır.

Hər bir işinə diqqətlə yanaşan sənətkar hazırladığı zərif əl işlərinə qəlbinin istisini verdiyini söyləyir.

16 yaşından tarzən təhsili alan, hətta musiqi məktəbində təhsil alarkən ilk tarını özü düzəldən Mahir Vələdov qeyd edir:

“Uşaq yaşlarımdan oymaçılıqla məşğul olan insanlarla əhatələnmişəm. Bu sənəti növbəti nəsillərə ötürmək üçün bu gün mən də öz peşə fəaliyyətimdə övladlarımın köməyinən istifadə edirəm”

“ABAD”a müraciət edən Mahir Vələdov deyir ki, publik hüquqi şəxsin köməyi ilə məhsullarını dünya bazarına çıxarmaq, yurdumuzun zəngin mədəniyyətini təbliğ etmək istəyir.

Bu gün Mahir Vələdovun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.

Sənətkarın zərif və göz oxşayan əl işləri turistlər tərəfindən böyük maraqla qarşılanır.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar