× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Mehriban Səmədova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Mehriban Səmədova
“ABAD” publik hüquqi şəxsə qoşulan Bakı şəhər sakini Mehriban Səmədova kəndirlərdən müxtəlif dekorativ əşyalar hazırlayır. Uzun müddətdir ki, müxtəlif əl işləri hazırlayan Mehriban xanım bir ildir ki, “Jute filigree” adlanan bu sənətlə məşğuldur.

Sənətkarlıq sahəsinin müxtəlif istiqamətlərində peşəkarlaşan Mehriban Səmədova qeyd edir:

“Anam peşəkar xalçaçı olub və mənə bu sahənin bütün incəliklərini öyrədib. Məhz bu sənəti mənimsəməyim “Jute filigree” sahəsində də uğurlu olmağıma kömək edib. Bu sənət xalçaçılığa bənzəyir, burada da ilmələrlə toxuma üslubundan istifadə olunur”.

Qeyd edək ki, Mehriban xanım hazırladığı məhsullar üzərində milli obrazların əks olunmasına üstünlük verir.

İlk vaxtlar yalnız hədiyyə məqsədi ilə məhsullar hazırlayan Mehriban xanım daha sonra bu sahədə öz ailə biznesini qurmaq qərarına gəlib və dəstək üçün “ABAD” sosial layihəsinə müraciət edib.

“ABAD” tərəfindən zəruri dəstək alan Mehriban Səmədova hazırda öz məhsullarının satışını “İçərişəhər”də “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarıb.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar