× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Fərid Sadıqlı | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Fərid Sadıqlı
“ABAD” publik şəxs öz fəaliyyətində ailə təsərrüfatlarının müxtəlif formalarına dəstək göstərməyi rəhbər tutur. Bu günədək publik hüquqi şəxs tərəfindən dəstəklənən ailələr arasında biznesdə həm ilk addımlarını atanlar, həm də artıq bu sahədə yetişmiş, lakin gələcək fəaliyyəti üçün dəstəyə ehtiyac duyanlar da var.

“ABAD”ın kiçik və orta sahibkarlara dəstək çərçivəsində əməkdaşlıq etdiyi Fərid Sadıqlı “Mütəkkə” MMC-nin rəhbəridir.

Onun rəhbərlik etdiyi qurum müxtəlif tərtibatlarda mütəkkələr, ortopedik yastıqlar kimi məhsulların istehsalını həyata keçirir.

Fərid Sadıqlı öz fəaliyyətində xarici ölkələrdə qarşılaşdığı boyun yastıqlarının Azərbaycanda istehsalının təşkili ilə başlayıb və hazırda rəhbəri olduğu şirkəti qurub.

Bu gün onun rəhbərliyi altında hazırlanan müxtəlif mütəkkələr, ortopedik yastıqlar birbaşa funksiyası ilə yanaşı, həm də zərif görünüşü ilə fərqlənirlər. Hər bir məmulatın üzərində Azərbaycan mədəniyyətinin müxtəlif elementlərinə yer verilir.

“Molla Nəsrəddin” jurnalından götürülmüş obrazlar, Şəki Xan sarayı kimi tarixi abidənin gözoxşayan naxışlarından istifadə edən Fərid Sadıqlı məhsulların dizaynlarının hazırlanmasına birbaşa nəzarət edir.

Fərid Sadıqlının sözlərinə görə, bu gün rəhbəri olduğu şirkətin öz biznesində daha da püxtələşməsi, inkişafı üçün dəstəyə ehtiyacı hiss olunur. O, bu məqsədlə “ABAD” publik hüquqi şəxsə müraciət edərək, hazırladığı məhsulların satışlarının təşkili ilə bağlı kömək istəyib.

“ABAD” ilə əməkdaşlıq haqqında müqavilə bağlayan sahibkarın təqdim etdiyi məhsulları bu gün “İçərişəhər”də, “ABAD” sənətkarlıq mərkəzində əldə etmək olar.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar