× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Xəyalə Məmmədova | Region: Sumqayıt | Qobelen
Xəyalə Məmmədova
Sumqayıt şəhər sakini Xəyalə Məmmədova qobelen sənəti ilə məşğul olur. Qobelen ixtisası üzrə təhsil alan Xəyalə xanım deyir ki, bu sənətin dərinliklərini öyrənmək onun əsas məqsədlərindən olub.

Daim peşəkarlığa can atan sənətkar artıq 5 ildir ki, qobelen sənətinin inkişafına öz töhfəsini verir.

O, indiyədək məhsullarının satışını yalnız sərgilər və sifarişlər əsasında həyata keçirib.

Bu gün “ABAD” ilə əməkdaşlıq edən sənətkarın sözlərinə görə, o, bu sahədə ailə biznesini daha da inkişaf etdirəcəyinə inanır.

“ABAD”ın vasitəsilə yeni dizaynlar, satışın təşkili, marketinq kimi xidmətlərdən yararlanan sənətkarın əl işləri özünəməxsus gözəlliyi ilə seçilir.

Hazırda Xəyalə Məmmədovanın Azərbaycanda qobelen sənətini yaşadan əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.

Digər ABADçılar

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar