× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Fidan Məmmədli | Region: Qəbələ | Rəssamlıq
Fidan Məmmədli Fidan Məmmədli Fidan Məmmədli Fidan Məmmədli
10 ildən artıqdır ki, dekorativ-tətbiqi sənətkarlığın rəssamlıq istiqaməti üzrə çalışan Fidan Məmmədli Qəbələ rayon sakinidir. O, taxta suvenirlərin üzərində müxtəlif rəsmlər çəkir.

Sənətkar əsasən milli ornamentlər, nar və xalça naxışlarını, həmçinin milli geyimli insan fiqurlarını taxta üzərində canlandırır.

Fidan xanım deyir ki, gənc yaşlarından dekorativ-tətbiqi sənətkarlığa meyl göstərib:

“Ətrafda gördüyüm mənzərələri kağıza köçürür, akvarellə müxtəlif illustrasiyalar çəkirdim. Zamanla öz istəyimin arxasınca getmək qərarına gəldim və ali təhsilimi də bu sahə üzrə aldım”.

Fidan xanımın sözlərinə görə, “ABAD”a qoşulmasında məqsəd indiyədək gizli qalan istedadını tanıtmaq və məhsullarının satışını təşkil etməkdir.

Hazırda onun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar