× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Elçin Şamxalov | Region: Bakı | Ağac üzərində oyma
Elçin Şamxalov
Bakı şəhər sakini Elçin Şamxalov taxta üzərində oyma sənəti ilə məşğuldur.

Elçin Şamxalov bu sənəti ilk dəfə ailə üzvlərindən öyrəndiyini deyir:

“Mənim dayım və qardaşım əvvəllər dülgər işləyiblər. Taxta üzərində oymaçılıq sənəti ilə onların yanında tanış olmuşam. Əvvəllər mənə çətin gəlirdi, düşünürdüm ki, öhdəsindən gələ bilmərəm. Lakin tədricən bütün çətinlikləri arxada qoydum, 4 il Şəkidə ustadımdan dərs aldım. 1995-ci ildə İncəsənət Gimnaziyasında təhsilimi bitirdikdən sonra taxta oymaçı kimi müstəqil fəaliyyətə başladım”

Əl işlərində “İçərişəhər”in təsvirlərini əks etdirən, şərq üslubunda işləməyə üstünlük verən sənətkarın sözlərinə görə, əsasən cökə və qoz ağaclarından istifadə edir:

“İlk əl işim düz taxtanın üzərində naxışlardan ibarət olub. Əvvəlcə həndəsi naxışlarla işləməyə başlasam da, sonradan şərq naxışları və “İçərişəhər” mövzusuna üstünlük verdim”.

“ABAD”a müraciətinin səbəblərindən danışan sənətkar qeyd edir ki, əl işlərinin müəlliflik hüququnun tanınması onun üçün çox vacibdir:

“Əvvəllər hazırladığım əl işlərini müxtəlif mağazalara təqdim edirdik. Lakin heç kim həmin işlərin mənə məxsus olduğunu, tərəfimdən hazırlandığını bilmirdi. “ABAD” sənətkarlıq mərkəzlərində isə hər bir məhsulun müəllifini təsdiqləyən kitabça təqdim olunur”.

Qeyd edək ki, Elçin Şamxalovun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar