× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Eldar Novruzov | Region: Balakən | Mürəbbələr
Eldar Novruzov Eldar Novruzov
Balakən rayonunun Qullar kəndinin sakini Eldar Novruzov uzun illədir ki, təsərrüfatla məşğuldur.

O, əvvəl paytaxt Bakıda yaşasa da, 20 il əvvəl kəndə qayıdışını belə izah edir:

“Gənc yaşlarımdan şəhər mühitində olurdum, müxtəlif yerlərdə işləyirdim. Lakin zamanla gördüm ki, axtardığım sakitlik elə kənddə var. Ailəmizin bir qədər torpaq sahələri var idi. Kəndimizə geri qayıtdım, burada təsərrüfatda işləməyə başladım”.

Cem və mürəbbə istehsalı ilə bağlı avadanlıq üçün “ABAD”a müraciət edən Eldar Novruzov deyir ki, məhsulları ailə üzvləri ilə birgə hazırlayacaqlar:

“Təkcə bağımızdan topladığımız meyvələrdən istifadə etməyəcəyik. Qohumlarımız çoxdur, onların da meyvəsi ağacda qalır, batır. Ona görə də, həmin meyvələrdən də istifadə etməyi düşünmüşük. Ailəmiz cem və mürəbbə sahəsinə aid bütün meyvələrdən məhsul hazırlamağı planlaşdırır”.

Eldar Novruzovun sözlərinə görə, əvvəllər evdə bişirdikləri cem və mürəbbələri Türkiyə, Almaniyada yaşayan dostlarına, tanışlarına hədiyyə kimi göndəriblər:

“İndi isə “ABAD” mənim üçün “4 fəsil” brendi yaradıb, dizayn hazırlanıb. Bundan sonra məhsullarımızı rahat şəkildə xarici bazarlara da çıxara biləcəyik. İnanıram ki, “ABAD” ilə əməkdaşlıq ailəmizə daha çox gəlir və rifah gətirəcək”.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar