× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Yusif Hacıyev | Region: Siyəzən | Dekorativ - tətbiqi sənət
Yusif Hacıyev
Yusif Hacıyev Azərbaycanın Siyəzən rayonunun Şıxlar kəndinin sakinidir. 50 il əvvəl o, doğulduğu kəndin adını verdiyi şıxlar sənətini yaşadır və inkişaf etdirir.

Öz unikal sənəti haqqında danışan Yusif Hacıyev deyir ki, şıxlar hər bir insanı özünə cəlb edən unikal bir sənətdir:

“Səbəbi isə odur ki, mən yeni bir şey yaratmıram - əksinə, ətrafdakı gözəllikləri aşkarlayıb insanlara bəxş edirəm. Hazırladığım əl işləri arasında şəkillər üçün çərçivələr, müxtəlif qablar, hətta masalar var. Bu sənət nə xəttatlıq, nə nəqqaşlıq, nə də oyma sənəti deyil, yeni bir istiqamətdir”.

Yusif Hacıyevin sözlərinə görə, təqdim etdiyi əl işləri 50-dən artıq sənətşünas tərəfindən araşdırılıb və şıxlar sənəti dekorativ-tətbiqi xalq sənətkarlığının yeni bir istiqaməti kimi qəbul olunub:

“Əl işlərimdən nümunələri Rusiya, Türkiyə, İngiltərəyə göndərdilər. Alınmış rəylər əsasında müəlliflik şəhadətnaməsi də mənə verildi. Bu, dünyada analoqu olmayan, Azərbaycan xalqına məxsus sənətdir”.

“ABAD”a müraciətinin səbəblərindən danışan sənətkar qeyd edir ki, məqsədi şıxlar sənətini tanıtdırmaq və daha da inkişaf etdirmək üçün dəstək almaqdır.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar